www.nice.az > Xəbərlər > Iran təhlükədədirmi???
Iran təhlükədədirmi???30 noyabr 2009. Müəllif: krik |
![]() İsrail bir tərəfdən İranın nüvə obyektlərinə havadan zərbələr endirməyə hazırlaşarkən, digər tərəfdən də Tehranın mümkün cavab zərbələrinə qarşı toparlanır. Son məlumatlara görə, İsrail İranın ən güclü raketi sayılan “Şahab-2†və “Şahab-3â€-ləri kosmosda sıradan çıxarmaq üçün sistem hazırlayır. Bu sistemə görə İsrail sualtı qayıqlarında yerləşdirilmiş xüsusi qurğular İran raketlərini startdan dərhal sonra qeydə alaraq onun uçuş trayektoriyasını müəyyən edəcək. Bir neçə saniyə ərzində İsrailin raket əleyhinə sistemi həmin raketin uçuş trayektoriyasında dəmir qəlpə buludu yaradacaq və raket bu qəlpələrdən birinə dəyərək kosmosda partlayacaq. Bildirilir ki, İsrail Almaniya istehsalı olan “Delfin†sualtı qayıqlarını İran sahillərində yerləşdirib. Bu qayıqlarda nüvə başlıqlı raketlərin də olduğu güman edilir. İsrailin İrana qarşı hazırladığı digər silah isə əhalini təşvişə sala bilən səs bombasıdır. Bu silahın işə düşməsi nəticəsində bomba zərbələri endiriləcək yaşayış məntəqəsinin sakinləri xofa düşərək öz evlərini tərk etməlidir. Ardınca isə müəyyən edilmiş hədəflərə dəqiq bomba zərbələri endiriləcək. Qeyd edək ki, İranın İsrail və ya ABŞ-ın mümkün hərbi müdaxiləsinə qarşı ən effektiv silahı ballistik raketlər hesab edilir. Tehran dəfələrlə bəyan edib ki, 2 min kilometr məsafəni vura bilən ballistik raketlər İsrailin strateji obyektlərinə tuşlanıb. Buna qarşı İsrail güclü raket əleyhinə sistem formalaşdırır. |