www.nice.az > Xəbərlər > Azərbaycanın ən cəlbedici regionları

Azərbaycanın ən cəlbedici regionları


26 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL
Azərbaycanın ən cəlbedici regionları

Bu baxımda Azərbaycanın demək olar ki, bütün regionları investisiya üçün cəlbedici görünür. Lakin bəzi regionların sərmayə cəlb etmək imkanları daha genişdir. Bu barədə "Эхо" qəzetinə İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, sərmayələrin cəlb olunmasına görə lider Gəncəbasar regionudur. Bu onunla bağlıdır ki, Gəncə əhalisinin alıcılıq qabiliyyəti yüksəkdir. Turizmin inkişafı perspektivləri Quba-Xaçmaz regionlarında sərmayələrin cəlb olunmasına kömək edir. Oxşar səbəblərə görə, Qəbələ də sərmayələr üçün cəlbedici regiondur. Qəbələdə turizm sektoru ilə yanaşı, aqrar sektora da sərmayələr yatırılır.

Ekspertin sözlərinə görə, dördüncü yerdə Bərdə rayonu dayanır. Bu rayon bütün regionun mərkəzidir. Birinci beşliyi Şəki rayonu bağlayır.