www.nice.az > Xəbərlər > Maykl Ceksonla bağlı film 200 milyon dollardan çox pul qazanıb

Maykl Ceksonla bağlı film 200 milyon dollardan çox pul qazanıb


15 noyabr 2009. Müəllif: saki_18
Maykl Ceksonla bağlı film 200 milyon dollardan çox pul qazanıb

Maykl Ceksonla bağlı film 200 milyon dollardan çox pul qazanıb

ANSPRESSIN verdiyi məlumata görə “Pop musiqisinin kralı” Mayl Ceksona həsr olunmuş “This Is It” (Bu da son) filmi iki həftə ərzində dünya prokatlarında 200 milyon dollardan çox gəlir əldə edib. Məlumatı “Sony Pictures Entertainment” yayıb.
Film Şimali Amerikada 61 milyon, bütün dünyada isə 140 milyon dollardan çox gəlir gətirib. “Pop musiqisinin kralı”nın ən sadiq pərəstişkarları yaponlar (27,2 milyon dollar) və britaniyalılar (14,3 milyon dollar) olublar. Sənədli ekran əsəri 2009-cu ildə maksimal məbləğdə gəlir əldə etməklə filmlərin reytinqində 22 yerə yüksəlib.
“Columbia Pictures” şirkəti Maykl Ceksonla bağlı filmi müğənninin ölümündən bir neçə gün əvvəlki “Bu da son” konsert proqramının məşqlərinin 100 hissəlik videoyazısı əsasında hazırlayıb. Maykl Ceksonla bağlı filmin premyerası oktyabrın 28-də olub. Əvvəlcə təşkilatçılar bəyan etmişdilər ki, film kinoteatrlarda yalnız iki həftə nümayiş olunacaq. Lakin sonradan bu müddət dekabrın əvvəllərinədək uzadıldı.