www.nice.az > Xəbərlər > Həccə gedənlərin nəzərinə!

Həccə gedənlərin nəzərinə!


14 sentyabr 2012. Müəllif: SiMPLe_GiRL
Həccə gedənlərin nəzərinə!

Zəvvarlar oktyabrın 14-dən başlayaraq 7 gün ərzində hər gün iki təyyarə ilə yola salınacaqlar. İdarənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib ki, zəvvarlar oktyabrın 14-dən başlayaraq 7 gün ərzində hər gün iki təyyarə ilə yola salınacaqlar.

Ziyarətə gedənlər 18 gündən sonra geri qayıtmağa başlayacaqlar. Bu il həcc ziyarətinə təxminən 2400-2500 zəvvar gedəcək.
Payızov artıq həcc ziyarəti üçün Səudiyyə Ərəbistanı hökuməti tərəfindən Azərbaycan üçün ayrılmış kvotanın dolduğunu bildirib.
O qeyd edib ki, ziyarətə hazırlıqla bağlı heç bir problem yoxdur.
İdarə rəsmisi ziyarətə getmək istəyənlər üçün müəyyən edilmiş qiymətlərin 3090 və 3850 manat olduğunu da xatırladıb.