www.nice.az > Xəbərlər > Ən çətin anların belə kəsilməsi...
Ən çətin anların belə kəsilməsi...11 sentyabr 2012. Müəllif: MISSy♥ |
![]() Bəzən kor olmaq istəyirəm - Dünyadaki çirkinlikləri görməyim deyə. Bəzən əlil olmaq istəyirəm - pis yola düşə bilməyim deyə. Bəzən lal olmaq istəyirəm - mənə söz atanlara susqunluqla acıq verim deyə.Bəzən kar olmaq istəyirəm - ətrafımda yayılan o pis sözləri eşitməyim deyə.Bəzən kasıb olmaq istəyirəm - kasıbların çətinliklərini bilim deyə. Bəzən yetim olmaq istəyirəm - körpələrin acısını bilim deyə. Bəzən qulluqçu olmaq istəyirəm - varlı evdə necə zülüm çəkirlər bilim deyə. Bəzən dilənçi olmaq istəyirəm - yalandanmı yoxsa doğurdanmı yoxsuldular bilim deyə. Bəzən oğru olmaq istəyirəm - oğruların iç dünyasını bilim deyə. Bəzən qatil olmaq istəyirəm - qatillərdə səbr varmı bilim deyə. Bəzən yaşamaq istəmirəm - o biri dünyayı görə bilim deyə. Bəzən yox olmaq istəyirəm - mənsiz kim darxacaq bilim deyə. Bəzən məni təhqir etsinlər istəyirəm - təhqir ediləndə ürək ağrıyırmı ya yox bilim deyə. Bəzən sevilməmək istəyirəm - tək tərəfli sevgi nədir bilim deyə. Bəzən uşağım olmasın istəyirəm - uşaq istəyənlərin acısını bilim deyə. Bəzən sevginin ən möhkəm acısını çəkmək istəyirəm - bu acıyı çəkənlərin dərdini bilim deyə. Bəzən qısqanmaq istəyirəm - qısqananların hissini bilim deyə. Bəzən əllərimi qırmaq istəyirəm - birdə üsyanımı yazmayım deyə! PS. Bəs siz? Bəzən bunları istəyirsinizmi? |