www.nice.az > Xəbərlər > Xoşbəxtliyi nədə görürsən? [Hekayə]
Xoşbəxtliyi nədə görürsən? [Hekayə]11 sentyabr 2012. Müəllif: MISSy♥ |
![]() Mənə elə gəlir ki, 3 ifadənin ən önəmlisi ali insan olmaqdır. ALİ'lik-gözəl ağlın olması deməkdir. Bu ifadəyə aydınlıq gətirmək üçün bir hekayə danışmaq istəyirəm. Bir kişiyə ALLAH çoxlu var-dövlət verir. Var-dövlət o qədər çox olur ki, bütün məmləkətə paylayır, qurtarmır. Bir gün Allah öz elçisini bu adamın evinə yollayır. Elçi hal ehval tutur. Varlı adam cavabında deyir: -Allaha deyərsən ki, bu var dövləti bir az azaltsın, yerləşdirə bilmirəm. Varli adamın bir gəlini olur. Gəlin qaçaraq Allah elçisinə deyir:-Mən də bu evin sakiniyəm, Allaha çatdırarsınız ki, nəyinki var-dövlətimizi azaltsın hətta tamam olmamasına da razıyam. Bircə ağlımızı əlimizdən almasın. Elçi bütün bunları ALLAH'a çatdırır. ALLAH cavabında deyir:-Gedib o xanıma çatdırarsan ki, onların varının üzərinə bir o qədər də var əlavə etdim. Çünki mən birinci insanın ağlını əlindən alıram, ondan sonra var öz-özünə dağılacaq.Mən xoşbəxtliyi ağıllı və ali insan olmaqda görürəm. Bəs siz xoşbəxtliyi nədə görürsüz? |