www.nice.az > Xəbərlər > Aygün Kazımovanın "Futbol"u hazırdır

Aygün Kazımovanın "Futbol"u hazırdır


7 sentyabr 2012. Müəllif: punesher
Aygün Kazımovanın "Futbol"u hazırdır

Azərbaycanın xalq artisti, estrada ulduzu Aygün Kazımovanın U-17 qadınlararası dünya çempionatında ev sahibi ölkə olaraq yarışlara qatılmağa haqq qazanmış U-17 yığmamızın qızlarına dəstək məqsədi ilə ifa etdiyi “Futbol” mahnısına çəkilmiş klip artıq hazırdır. ANS PRESS-in məlumatına görə, klip sabah media işçilərinə təqdim olunacaq.
Layihə çempionatda mübarizə aparacaq qızlarımıza dəstək olmaq məqsədilə həyata keçirilib. Sözləri Namiq Qaraçuxurlu, musiqisi Aygün Kazımovaya məxsus mahnı eksklüziv olaraq ilk dəfə 6 iyul tarixində Rəsmi Pükatma Mərasimindən sonra Yerli Təşkilat Komitəsi tərəfindən Milli Parkda təşkil olunmuş konsert proqramında izləyicilərə təqdim olunub.