www.nice.az > Xəbərlər > Qəhrəmanlar unudulmur - Milli Qəhrəman Əli Məmmədov
Qəhrəmanlar unudulmur - Milli Qəhrəman Əli Məmmədov11 avqust 2012. Müəllif: GHoSTMaN |
![]() Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb. Qəhrəmanlar unudulmur! 11 avqust Milli Qəhrəman Əli Məmmədovun doğum günüdür. Əli Hüseyn oğlu Məmmədov 1955-ci il avqustun 11-də Naxçıvan şəhərində anadan olub. O, 1992-ci ilin əvvəlində polis zabiti kimi döyüş bölgələrində olub, Qarabağın müxtəlif bölgələrində döyüşlərdə qəhrəmanlıqla vuruşub, 1992-ci il sentyabrın 24-dən oktyabrın 1-dək Laçın rayonu ərazisindəki Qızartı yüksəkliyi uğrunda döyüşlərdə fədakarlıq göstərib, yaralıların döyüş meydanından çıxarılması üçün şəraiti təmin edib, son nəfəsinədək vuruşub və qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakıdakı küçələrdən biri onun adını daşıyır. |