www.nice.az > Xəbərlər > Bu günün hava proqnozu [o9.o8.2o12]
Bu günün hava proqnozu [o9.o8.2o12]9 avqust 2012. Müəllif: GHoSTMaN |
![]() NiCe.aZ Milli.Az-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında havanın az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 24-26, gündüz 36-38 dərəcə isti olacaq. Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 40-50 faiz olacaq. Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında hava əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 19-24, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 20-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 18-23, gündüz 29-34 dərəcə olacağı gözlənilir. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 21-26, gündüz 35-40 dərəcə isti olacağı gözlənilir. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 22-26, gündüz 31-36, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir. |