www.nice.az > Xəbərlər > Dünya Bu Gün [o9.o8.12]

Dünya Bu Gün [o9.o8.12]


9 avqust 2012. Müəllif: GHoSTMaN
Dünya Bu Gün [o9.o8.12]

9 avqust. İlin sonuna 145 gün qalır.

Bu günün namaz vaxtları

Fəcr - 05:26
Günəş - 06:45
Zöhr - 13:50
Əsr - 18:16
Məğrib – 21:04
İşa – 22:32


833. Abbasi sülaləsindən olan xəlifə Məmun vəfat edib

1173. Tikintisi 2 il davam edəcək “Pissa” qülləsinin inşaatı başlayıb

1483. Vatikandakı Sikstin Kapella kilsəsi istifadəyə verilib. Bu kilsə İntibah dövrünün ən məşhur sənət əsəri hesab olunur və hazırda muzey kimi fəaliyyət göstərir

1776. İtalyan kimyaçı Amedeo Avoqadro anadan olub. O tarixə suyun kimyəvi formulunu tapan şəxs kimi düşüb

1803. Amerikalı Robert Fulton Sena çayında ilk paroxodu nümayiş etdirib

1859. Amerikalı Natan Eyms ilk eskalatoru patentləşdirib

1919. Böyük Britaniya ilə İran arasında bağlanan sazişə əsasən, İran Britaniyadan asılı dövlətə çevrilib, ölkədəki ingilis hərbi qüvvələrinə geniş səlahiyyətlər verilib. Razılaşma Cənubi Azərbaycanda xalq hərəkatını alovlandırıb, Təbrizdə ingilis hökmranlığına qarşı çıxışlar başlanıb, İran şahının valisi şəhərdən qovulub. Bundan sonra ingilis hərbi birləşmələri Təbrizdən çıxarılıb. İngilislərlə İran arasındakı saziş, Cənubi Azərbayjandan fərqli olaraq, Şimali Azərbaycan üçün müsbət cəhətə malik idi. Sənəddə İran tərəfi Azərbaycan Xalq Cumhuriyyətinə qarşı hər hansı ərazi iddiası olmadığını bildirmişdi

1920. Bolşevik Rusiyasının XI ordu hissələri Azərbaycanın ardınca Ermənistanı da sovetləşdirmək üçün Sisiyan, Qafan və Gorus istiqamətində hücuma keçərək Dro və Nicdenin daşnak qüvvələrini oradan vurub çıxarıblar. Bolşeviklərin gəlişi daşnakların Zəngəzur bölgəsindəki azərbaycanlı əhaliyə qarşı qırğınlarının qarşısını, qismən də olsa, aldı. Lakin çox keçməmiş bu "xilaskarlıq" əks üzünü göstərdi və Zəngəzur sovet Ermənistanına verildi

1928. Türkiyədə ərəb qrafikasından latın qrafikasına keçilib

1929. Məşhur türk jurnalist Abdi İpəkçi anadan olub

1938. Ukraynanın ikinci prezidenti Leonid Kuçma anadan olub

1942. Mahatma Qandi ingilislər tərəfindən Bombeydə həbs olunub

1945. Yaponiyanın Naqasaki şəhərinə plutonium bombası atılıb. Partlayış bir gündə 74 000 insanın həyatına son qoyub

1959. Milli qəhrəman Məhəmməd Həsənov anadan olub

1965. Sinqapur müstəqillik əldə edib

1971. Hindistan və SSRİ arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb

1975. Rus bəstəkar Dmitri Şostakoviç vəfat edib

1979. Tankerin batması nəticəsində 270 000 ton xam neft Karib dənizinə axıb

1992. Azərbaycan Mili Ordusu Gədəbəy rayonunun Başkənd qəsəbəsini erməni silahlı qüvvələrindən təmizləyib

1993. Ali Sovetin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev xarici neft şirkətlərinin nümayəndələri ilə görüşüb. Azərbaycan hökuməti ilə neft şirkətləri arasında danışıqların bərpası barədə razılıq əldə olunub. Heydər Əliyev hakimiyyətə gələndən sonra Xalq Cəbhəsi iqtidarı dövründə xarici şirkətlərlə başlanmış danışıqların dayandırılması, hazırlanan müqavilənin Azərbaycanın maraqları baxımından yenidən işlənilməsi barədə hökumətə göstəriş vermişdi

2001. Azərbaycanla Belarus arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında Saziş imzalanıb.


Günün aforizmi:

“Hirslənəndə könül də kor olar, göz də”

Ərəb atalar sözü