www.nice.az > Xəbərlər > Bu günün hava proqnozu [o7.o8.2o12]

Bu günün hava proqnozu [o7.o8.2o12]


7 avqust 2012. Müəllif: GHoSTMaN
Bu günün hava proqnozu [o7.o8.2o12]

NiCe.aZ Milli.Az-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir.
Temperatur gecə 23-27, gündüz 36-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75 faiz, gündüz 40-45 dərəcə faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 27-28, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 21-26, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 13-18, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 21-26, gündüz 34-39 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 19-24, gündüz 31-36 dərəcə olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 21-26, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcə olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 21-26, gündüz 34-39, dağlarda gecə 16-20, gündüz 28-32 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Avqustun 7-si və 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir yaranan durğun hava şəraiti fonunda gündüz güclü isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.