www.nice.az > Xəbərlər > Dünya Bu Gün [o7.o8.12]

Dünya Bu Gün [o7.o8.12]


7 avqust 2012. Müəllif: GHoSTMaN
Dünya Bu Gün [o7.o8.12]

7 avqust. İlin sonuna 147 gün qalır.

Bu günün namaz vaxtları

Fəcr - 05:23
Günəş - 06:43
Zöhr - 13:50
Əsr - 18:18
Məğrib – 21:04
İşa – 22:35


1848. İsveç kimyaçısı Yens Yakov Bertselius vəfat edib

1912. Yaponiya və Rusiya Monqolustan və Mancuriyanı öz nüfuz dairələrinə bölüb

1930. Məşhur rəssam, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyov anadan olub

1931. Azərbaycan Respublikasının xalq artisti, baletmeyster Rəfiqə Axundova anadan olub

1932. Sovet hökumətinin "Dövlət müəssisələri, kolxoz və kooperativlərin əmlakının qorunması haqqında" qərarı ilə xalq təsərrüfatında sərt cəza tədbirlərinin əsası qoyulub. Qərara görə, dövlət əmlakından hətta xırda oğurluq güllələnmə, ən yaxşı halda 10 il həbslə cəzalandırılırdı. Sovet tarixinə "Beş sünbül haqqında qanun" adı ilə düşən sənəd Azərbaycanda da kənd təsərrüfatında repressiyalara zəmin yaradıb

1939. Səudiyyə Ərəbistanı "Standard Oyl" şirkətinə neft emalı üçün konsessiya verib

1944. İlk proqramlaşdırılmış kompüter olan "Mark I" istifadəyə verildi

1947. SSRİ xalq artisti, estrada müğənnisi Sofiya Rotaru anadan olub

1960. Fil Dişi Sahili müstəqillik əldə edib

1966. “Vikipediya”nın yaradıcısı Cimmi Donal Ueyls anadan olub

1982. ASALA-nın Ankara aeroportunda törətdiyi terror aktı nəticəsində 7 nəfər həlak olub, 72 nəfər yaralanıb

1983. Sov İKP MK “Sosialist əmək intizamının möhkəmləndirilməsi haqqında” qərar verib. Bu qərarın ən xarakter əlaməti gündüz saatlarında mağaza, kinoteatr və küçələrdə reydlərin keçirilməsi olub

1992. Azərbaycanda "Ərazi müdafiə qərargahlarının yaradılması haqqında" fərman verilib. Qərar sərhəd bölgələrində və Dağlıq Qarabağda erməni qüvvələrinin hücumlarının qarşısını almaq üçün yerli əhalinin səfərbər olunmasını nəzərdə tuturdu. Lakin nəticə etibarilə bu addım hərbi özbaşınalığa, vahid komandanlığa tabe olmayan silahlı dəstələrin yaranmasına rəvac verdi

1993. Əlikram Hümbətovun rəhbərliyi ilə Azərbaycanın cənubunda üzdəniraq Talış Muğan Respublikası elan edilib. “Respublika hökuməti” İran, Rusiya, Belarus və BMT-yə müraciət edərək “yeni dövləti” tanımağı xahiş edib. Lakin cavab gəlməyib

1998. Tanzaniya və Kenyada ABŞ səfirliklərinə hücum zamanı 250 nəfər həlak olub, 4000 nəfər yaralanıb

2008. Şimali Osetiyada qarşıdurma: Gurcüstanla Rusiya arasında “avqust böhranı” başlayıb.


Günün aforizmi:

“Qorxaqdan pilot olmaz”

Lex Kaçinski “avqust böhranı” zamanı Tiflis əvəzinə Gəncə aeroportuna enən gəmi komandiri haqqında