www.nice.az > Xəbərlər > Dünya Bu Gün [o4.o8.12]

Dünya Bu Gün [o4.o8.12]


4 avqust 2012. Müəllif: GHoSTMaN
Dünya Bu Gün [o4.o8.12]

4 avqust. İlin sonuna 150 gün qalır.

Bu günün namaz vaxtları

Fəcr - 05:20
Günəş - 06:40
Zöhr - 13:50
Əsr - 18:20
Məğrib – 21:08
İşa – 22:40


1693. Fransız keşiş Doi Perinyon şampan şərabının hazırlanması texnologiyasını açıqlayıb

1791. Osmanlı İmperiyası ilə Avstriya arasında Ziştovi Sülh Müqaviləsi imzalanıb

1792. İngilis şair Persi Bişi Şelli dünyaya gəlib

1797. Qarabağ xanlığının mərkəzi Şuşada sui-qəsd nəticəsində İran şahı Ağa Məhəmməd Qacar öldürülüb. Bundan az öncə Şuşanı işğal edən Qacar şah saraydaxili qəsdin qurbanı olmuşdu. Türk əsilli olan Ağa Məhəmməd Qacar İran taxt-tacı uğrunda uzun çəkişmələrdən sonra 1794-cü ildə hakimiyyətə gəlmişdi. Ağa Məhəmməd şah Qacarın ölümündən sonra İran qoşunları Qarabağ xanlığını tərk etdilər. İran taxtına isə Qacarlar sülaləsindən Fətəli şah çıxdı. Qacarların İranda hakimiyyəti 1925-ci ilədək davam etdi.

1870. Birləşmiş Krallıqda “Qırmızı Xaç” cəmiyyəti yaradılıb

1875. Danimarkalı nağıl yazıçısı Hans Xristian Andersen vəfat edib

1901. Luis Armstronq dünyaya gəlib

1914. Alman qoşunu Belçikanı işğal edib

1915. Azərbaycanlı aktyor, Azərbaycanın xalq artisti Məmmədrza Şeyxzamanov dünyaya gəlib

1918. İstanbuldakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Məmməd Əmin Rəsulzadə xarici işlər naziri Məhəmməd Həsən Hacınskiyə 4 avqust tarixli məktubu: “Ermənilər Ənvər Paşaya xəritə və layihə təqdim ediblər. Türkiyədən Sürməlini, Naxçıvanı, Axalkələki, Eçmiədzini, İrəvanı, Azərbaycandan Qazax, Qarabağ, Zəngəzur və Ordubadı, gürcülərdən isə Borçalını tələb edirlər...”

1922. Türk komandan Ənvər Paşa vəfat edib

1940. Latviya SSRİ-yə birləşdirilib

1943. Xalq artisti Ramiz Məlikov anadan olub

1944. Türk müğənni Orxan Gəncəbay dünyaya gəlib

1946. Azərbaycan Televiziyasının aparıcısı, diktor, kino redaktoru, Xalq artistı Rafiq Hüseynov anadan olub

1961. Barak Obama anadan olub

1962. CAR-lı siyasi lider Nelson Mandela həbs edilib. O, 28 il sonra azadlıq əldə edib

1982. Fransada homoseksualizmə görə cinayət təqibi ləğv edilib

1984. Məşhur sovet diktoru Yuri Levitan vəfat edib

1990. İtalyan avtomobil konstruktoru Ettore Mazerati vəfat edib

1992. Azərbaycan Respublikası Portuqaliya ilə diplomatik əlaqələr qurub

1992. Azərbaycan Respublikası Nüvə silahlarının yayılmaması haqqında Sazişə (Moskva, Vaşinqton və Londonda qəbul edilmiş 1 iyun 1968) və BMT-nin Qadınların siyasi hüquqları haqqında Konvensiyasına (20 dekabr 1952) qoşulub

1992. Azərbaycanın ordu hissələri Dağlıq Qarabağın şimalında aparılan əməliyyat gedişində Mardakert (Ağdərə) rayon mərkəzini erməni işğalçı qüvvələrindən azad ediblər. Rayonun böyük bir hissəsinin nəzarətə götürülməsi nətijəsində Azərbaycan Qarabağ müharibəsində mövqe üstünlüyü əldə etmişdi. Lakin hərbi-strateji baxımdan qeyri-peşəkar və darmacalda hazırlanıb həyata keçirilən əməliyyat tezliklə əks nəticə doğurdu. 1992-ci ilin payızından Azərbaycan Qarabağda itkilərlə üzləşdi, Ağdərə rayonu isə 1993-cü ilin fevralında qismən, iyunda isə bütünlüklə erməni qüvvələrinin əlinə keçdi

1995. NATO və Xorvatiya qoşunu Serbiyaya qarşı “Fırtına” əməliyyatına başlayıb

1999. Almaniyada əlifba (orfoqrafiya) islahatı başlayıb

1999. Prezident Heydər Əliyev “Narkotik vasitələrin, psıxotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununu təsdiq edib

2003. İlham Əliyev Azərbaycan Respublikasının baş naziri təyin edilib. Eyni gündə onun deputatlıq fəaliyyətinə xitam verilib

2006. Viktor Yanukoviş Ukraynanın baş naziri seçilib.


Günün aforizmi:

“Başımda olsa da məstlik havası
Şərab ver, şərabdır ruhun qidası.
Dünya əfsanədir, ovcuma mey qoy!
Ömür bir küləkdir, yoxdur vəfası
”

Ömər Xəyyam