www.nice.az > Xəbərlər > Dünya Bu Gün [o2.o8.12]

Dünya Bu Gün [o2.o8.12]


2 avqust 2012. Müəllif: GHoSTMaN
Dünya Bu Gün [o2.o8.12]

2 avqust. İlin sonuna 152 gün qalır.

Bu günün namaz vaxtları

Fəcr - 05:17
Günəş - 06:38
Zöhr - 13:50
Əsr - 18:21
Məğrib – 21:10
İşa – 22:44


1589. Fransa kralı III Henri vəfat edib

1696. Osmanlı padşahı I Mahmud anadan olub

1875. Dünyanın ilk buz meydançası Londonda açılıb

1898. Azərbaycanın ilk qısametrajlı bədii filmi “İlişdin” nümayiş etdirilib. Prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli fərmanı ilə bu tarix “Milli kino günü” elan edilib

1909. İlk dəfə təyyarələr ABŞ-da silahlanmaya qəbul edilib

1916. Moskvada “AMO” avtomobil zavodu (indiki ZİL) fəaliyyətə başlayıb

1922. Telefonun ixtiraçısı Aleksandr Qraham Bell vəfat edib

1934. Adolf Hitler “Fürer” elan edilib

1945. Potsdam konfransı başa çatıb

1946. Vətənə xəyanətdə ittiham edilən “Rusiya azadlıq ordusu”nun komandanı general Vlasov edam edilib. Maraqlıdır ki, hökm o zaman sovet hüquq sisteminə xas olmayan yolla – asılmaqla icra edilib

1955. Aktyor Fəxrəddin Manafov anadan olub

1961. Xalq artisti Ələkbər Hüseynov (Ələkbər əmi) anadan olub

1967. “Trabzonspor” klubu təsis edilib

1980. Bolonya vağzalına qoyulan bombanın partlaması nəticəsində 85 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb

1990. İraq qoşunu Küveytə hücum edib

1991. Erməni təxribatçıları Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı daha bir terror aktı həyta keçiriblər. Hadrut (Xocavənd) rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşının partladılması nəticəsində 4 nəfər həlak olub 8 nəfər yaralanıb

1993. İngiltərə Maastrixt sazişini ratifikasiya edib

1997. Seyid Məhəmməd Hatəmi İran prezidenti seçilib

2000. Azərbaycan və ABŞ arasında minadan təmizləmə təliminə dair Memorandum imzalanıb

2001. Soçidə MDB sammiti çərçivəsində Azərbaycan, Rusiya və Qazaxıstan prezidentləri Heydər Əliyev, Vladimir Putin və Nursultan Nazarbayev arasında keçirilən görüşdə Xəzərlə bağlı məsələlər müzakirə edilib. Prezidentlər İran hərbi gəmilərinin Azərbaycanın neft yataqlarında geofiziki kəşfiyyat aparan gəmisinə hücumunu (23 iyul) pisləyən birgə bəyanat qəbul ediblər. Rusiya və Qazaxıstan Azərbaycanın Xəzərlə bağlı konstruktiv, mübahisələri dinc yolla nizamlamaq xəttinə dəstək veriblər

2003. Səhhətindəki problemlərlə bağlı Türkiyədə, Gülhanə Hərbi Tibb Akademiyasında (Ankara) müalicə olunan prezident Heydər Əliyev ARDNŞ-nin 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycanın baş naziri təyin olunmasına razılıq verilməsi ilə bağlı Milli Məclisə təqdimat göndərib

2007. Azərbaycan və Yunanıstan arasında təbii qaz və neft sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb

2009. Aktyor Elxan Ağahüseynoğlu vəfat edib.


Günün aforizmi:

“Heç kim əbədi qalib ola bilməz. Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz”

Heydər Əliyev