www.nice.az > Xəbərlər > Dünya Bu Gün [3o.o7.12]

Dünya Bu Gün [3o.o7.12]


30 iyul 2012. Müəllif: GHoSTMaN
Dünya Bu Gün [3o.o7.12]

30 iyul. İlin sonuna 155 gün qalır.

Bu günün namaz vaxtları

Fəcr - 05:07
Günəş - 06:36
Zöhr - 13:47
Əsr - 18:22
Məğrib – 21:13
İşa – 22:48


1435. Təbriz yaxınlığında Qaraqoyunlu hökmdarı İsgəndərin qoşunları ilə Teymurilər hökmdarı Şahrux və Şirvanşahın birləşmiş qüvvələri arasında döyüş olub. Döyüş Qaraqoyunlu qoşunlarının məğlubiyyəti ilə başa çatıb

1744. İran taxt-tacının azərbaycanlı (türk) hökmdarı Nadir şah Əfşar Orta Asiya və Hindistan zəfərlərindən sonra Osmanlı üzərinə uğursuz yürüş edib

1863. Amerikalı avtomobil konstruktoru Henri Ford anadan olub

1898. Vahid Almaniyanın ilk kansleri Otto fon Bismark vəfat edib

1918. Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə çar Rusiyası işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa olunub

1925. Albaniya, Yuqoslaviya və Yunanıstan sərhədlərin qarşılıqlı tanınması haqqında saziş imzalanıb

1930. SSRİ-ni kollektivləşmə başa çatan rayonlarında kəndli icmaları ləğv edilib

1935. Gəncənin adı yenidən dəyişdirilib və sovet liderlərindən olan Sergey Mironoviç Kirovun adı ilə Kirovabad adlandırılıb. 1989-cu ildə təkrar tarixi adı özünə qaytarıldı

1937. SSRİ-də “troyka məhkəmələrinə” ölüm hökmü çıxarmaq və icra etmək səlahiyyəti verilib. Bu fakt repressiyanın daha geniş vüsət alması ilə nəticələndi

1944. Sovet aviakonstruktor Nikolay Polikarpov vəfat edib

1947. Arnold Şvarsneger anadan olub

1960. AZTV-nin sədri Arif Alışanov anadan olub

1969. Azərbaycanın Milli Qəhrəmanı Aqil Səməd oğlu Məmmədov (1969-1992) Qubadlı rayonunda anadan olub

1980. İsrail parlamenti Yerusəlimi paytaxt elan edib

1999. Azərbaycan və Ukrayna arasında Azərbaycan Respublikasının Ukraynada yerləşən Snejnyansk şərab zavoduna (Donetsk Vilayəti) mülkiyyət hüququnun və Ukraynanın Azərbaycan Respublikasında yerləşən “Tavriya” Bakı Xüsusiləşmiş avtomobil mərkəzinə mülkiyyət hüququnun tanınması haqqında Protokol imzalanıb

2000. Hüqo Çavez Venesuela prezidenti seçilib

2007. Azərbaycan və İordaniya arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

2008. Türkiyə Konstitusiya Məhkəməsi AKP-nin (Ədalət və İnkişaf Partiyası) bağlanmasına dair iddianı rədd edib.


Günün aforizmi:

“Belə yüksək tonla danışmağınız günahkarlıq psixologiyasıdır”

Ərdoğanın Davosdakı nitqindən