www.nice.az > Xəbərlər > Dünya Bu Gün [28.o7.12]

Dünya Bu Gün [28.o7.12]


28 iyul 2012. Müəllif: GHoSTMaN
Dünya Bu Gün [28.o7.12]

28 iyul. İlin sonuna 157 gün qalır.

Bu günün namaz vaxtları

Fəcr - 05:05
Günəş - 06:34
Zöhr - 13:47
Əsr - 18:23
Məğrib – 21:15
İşa – 22:51


1402. Osmanlı padşahı İldırım Bəyazid Ankara müharibəsində Əmir Teymura əsir düşüb

1723. I Pyotrun göndərdiyi rus qoşunları Bakını işğal edib. Bakı hakimi Məhəmmədhüseyn bəy sürgünə göndərilib. Bu, Rusiyanın Azərbaycan üzərinə birinci işğalçılıq yürüşü idi. 1735-ci ildə ruslar Səfəvi dövləti ilə müqaviləyə görə, Azərbaycan torpaqlarını tərk etdilər. Rusiya imperiyasının Azərbaycan üzərinə ikinci və həlledici yürüşü XIX əsrin əvvəlində başlandı.

1741. İtaliya bəstəkarı Antonio Vivaldi vəfat edib

1750. Alman musiqiçisi İohan Sebastian Bax vəfat edib

1794. Fransız inqilabçı Maksimilian Robespier qiyotinlə başı kəsilərək edam edilib

1804. Alman filosofu Lüdviq Feyerbax anadan olub

1821. Peru müstəqillik əldə edib

1844. Napaleonun qardaşı Cozef Bonapart vəfat edib

1914. Birinci Dünya Müharibəsi başlayıb

1920. 11-ci Qızıl Ordu Naxçıvana daxil olub və burada sovet hakimiyyətini elan edib

1931. Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq Fərman Salmanov anadan olub

1935. Xalq artisti, bəstəkar Vasif Adıgözəlov dünyaya gəlib

1937. Bəstəkar Müslüm Maqomayev vəfat edib

1938. Perunun keçmiş dövlət başçısı Alberto Fujimori anadan olub

1944. Brest şəhəri faşist qoşunlarından azad edilib

1951. BMT-nin qaçqınların statusu ilə bağlı Konvensiyası qəbul edilib

1954. Venesuela prezidenti Hüqo Çavez anadan olub

1972. Naxçıvan Pedaqoji İnstitutu açılıb

1976. Çində zəlzələ nəticəsində 240 000 insan həlak olub

1983. Qroznı-Bakı neft kəməri istifadəyə verilib

1988. Keçmiş SSRİ-də mitinqlərə icazə verilib

1989. Haşimi Rəfsəncani İran prezidenti seçilib

1990. Azərbaycanda demokratik qüvvələrin ilk ümumrespublika forumu keçirilib. Parlament seçkiləri (sentyabr 1990) ərəfəsində bir araya gələn 20-dən çox ictimai təşkilatın iştirakı ilə
"Demokratik blok" yaradılıb

1993. Ədəbiyyatşünas Qasım Qasımzadə vəfat edib

1999. Azərbaycan və Türkiyə arasında “Kosovo Türk Taburu Görev Küvveti tərkibində Kosovoya gedəcək Azərbaycan taqımının fəaliyyətinə dair Sazişâ€ imzalanıb

2001. Türkmənistan Azərbaycanın "Əsrin müqaviləsi" çərçivəsində istismar etdiyi "Azəri" və "Çıraq" yataqlarının, həmçinin "Kəpəz" neft-qaz strukturlarının ona məxsus olması barədə
Azərbaycana nota göndərib. Bakı buna cavab olaraq ilk iki yatağın istisnasız olaraq Azərbaycana məxsus olduğunu, "Kəpəz" strukturu ilə bağlı isə konstruktiv danışıqlara hazır olduğunu bildirib.


Günün aforizmi:

“Mən neft tapmışam. Bax belə”

Fərman Salmanovun Nikita Xruşova teleqramı