www.nice.az > Xəbərlər > Bu günün hava proqnozu [27.07.2o12]

Bu günün hava proqnozu [27.07.2o12]


27 iyul 2012. Müəllif: GHoSTMaN
NiCe.aZ Milli.Az-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaqdır.
Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 55-65 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir .
Temperatur gecə 20-25, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcəkdir. Temperaturun gecə 18-23, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında gündüz hava əsasən, yağmursuz keçəcəkdir.
Temperaturun gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gündüz hava əsasən, yağmursuz keçəcəkdir.
Temperaturun gecə 17-22, gündüz 28-33 dərəcə olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 21-26 isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
İyulun 27-dən 29-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.