www.nice.az > Xəbərlər > Bu günün hava proqnozu [26.07.2o12]

Bu günün hava proqnozu [26.07.2o12]


26 iyul 2012. Müəllif: GHoSTMaN
Bu günün hava proqnozu [26.07.2o12]

NiCe.aZ Milli.Az-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcəkdir.
Temperatur gecə 23-26, gündüz 30-35 dərəcə isti olacaqdır.
Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 44-45 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulba 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir .
Temperatur gecə 20-25, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25, gündüz 36-41 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir.
Temperaturun gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir.
Temperaturun gecə 17-22, gündüz 32-37 dərəcə olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25, gündüz 35-40 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.