www.nice.az > Xəbərlər > Müğənni Röya ərinə qarşı çıxdı

Müğənni Röya ərinə qarşı çıxdı


25 iyul 2012. Müəllif: Lura
Müğənni Röya ərinə qarşı çıxdı

Röya Ayxan rusiyalı həmkarı Leonid Aqutinlə birgə keçirdiyi konsertdə geyindiyi qeyri-adi paltar haqqında danışıb.

"Qəsdən qohumlarımı evə göndərdim ki, mənim paltarımı görməsinlər. Yoxsa mənimlə dalaşacaqdılar, deyəcəkdilər ki, "Niyə belə açıq-saçıq paltar geyinmisən?" Ərim bilmir ki, bu nə paltardır. Mən ərimə əvvəlcədən demişəm ki, onun dediyi hər söz mənim üçün qanun olacaq, lakin mənim konsertlərdə geyindiyim paltarlara qarışmasın", - müğənni əlavə edib.