www.nice.az > Xəbərlər > Bu günün hava proqnozu [25.07.2o12]
Bu günün hava proqnozu [25.07.2o12]25 iyul 2012. Müəllif: GHoSTMaN |
![]() NiCe.aZ Milli.Az-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Temperatur gecə 23-28, gündüz 34-38 dərəcə isti olacaq. Bakıda gecə 25-27, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 45-55 faiz olacaqdır. Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir . Temperatur gecə 21-26, gündüz 35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcəkdir. Temperaturun gecə 20-25, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava yağmursuz keçəcəkdir. Temperaturun gecə 20-25, gündüz 34-38 dərəcə isti olacağı gözlənilir. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 19-24, gündüz 31-36 dərəcə olacağı gözlənilir. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcəkdir. Temperaturun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti olacağı gözlənilir. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcəkdir. Temperaturun gecə 21-25, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. |