www.nice.az > Xəbərlər > Türk müğənninin istirahəti zəhər oldu

Türk müğənninin istirahəti zəhər oldu


25 iyul 2012. Müəllif: Lura
Türk müğənninin istirahəti zəhər oldu

Türkiynin məşhur müğənnisi Murat Boz əyləncələrin azaldığı və konsertlərin çoxunun təxirə salındığı Ramazan ayını fürsət bilir.Müğənni modelyer sevgilisi Eliz Sakuçoğlu ilə Hindistanda dincəlir. Lakin onların istirahəti pis başlayıb.

"Təyyarədən düşəndə yükümüzü aldıq. Çantaları açanda dəhşətə gəldik. Çantanı açmışdılar, bütün dəyərli zinət əşyalarımı oğurlamışdılar. Oğruların Allah bəlasını versin", - Sakuçoğlu bildirib.

Boz isə Hindistanın Mumbay şəhərində yoxsul və dilənçilərin sayından heyrətləndiyini bildirir.
"Burada az qala hər maşına bir dilənçi düşür", - Boz bildirib.