www.nice.az > Xəbərlər > Ata iki qızını güllələdi
Ata iki qızını güllələdi25 iyul 2012. Müəllif: Lura |
![]() Əfqan ata evdən çıxan və 4 gün geri qayıtmayan iki yeniyetmə qızını güllələyib. Qızlardan biri gənc oğlana qoşulub qaçmışdı.Hadisə Əfqanıstanın Gilmənd vilayətində baş verib. Əfqanıstan DİN-nin nümayəndəsi, polis zabiti Fərid Əhməd Fərhəngin dediyinə görə, qızları güllələmiş ata həbs olunub. Qızların güllələnmə səhnəsinin əks olunduğu video bir neçə gün əvvəl internetdə yayılmışdı. Həmin qızlardan birinin qoşulub qaçdığı gənc oğlan isə Gilmənddəki NATO qüvvələrinin tərcüməçilərindən biri idi. Qətlin "Taliban" hərəkatının Gilmənddəki mənsubları tərəfindən təqdir edildiyi bildirilir. 22 yaşlı Həvad və onun 18 yaşlı bacısı Məryəm Mərcmənlərin güllələnməsi ilə bağlı araşdırmalara başlanıb. Bacıların kiçiyi əri ilə birlikdə Pakistandadır. İslamabaddan 30 km aralıdakı qəsəbəyə sığınmış gənc xanımla əri Əfqanıstana qayıtmaq istəmirlər. Onların dediklərinə görə, geri dönsələr, ağsaqqallar şurası olan "Cirqa"nın qərarı ilə edam olunacaqlar. Britaniyanın baş naziri Devid Kemeron Əfqanıstanda olan britaniyalı hərbçilərə yerli tərcüməçilərin təhlükəsizliyinin təmin edilməsini tapşırıb. |