www.nice.az > Xəbərlər > 3G-nin bir addımlığında

3G-nin bir addımlığında


11 noyabr 2009. Müəllif: krik
3G-nin bir addımlığında

Bakıda açılan Telekommunikasiya və İnformaisya Texnologiyaları sərgisində mobil operator Azerfon da iştirak edir. Azərfon qabaqcıl mobil rabitə xidmətlərindən istifadə edərək abunəçilər üçün tamamilə yeni imkanlar yaradan 3G texnologiyalı bir çox qabaqcıl məhsulları nümayiş etdirir. Bu məhsullar 3G-nin imkanlarından geniş istifadə etməyə imkan verir və 3G texnologiyasının təqdim edildiyi ölkələrdə tətbiq edilir. Sərgi zamanı təqdim edilən avadanlıqlar arasında verilənlərin səmərəli və sürətli mübadiləsini təmin edən genişzolaqlı modem kartları, 3G şəbəkəsini dəstəkləyən SİM kart vasitəsi ilə genişzolaqlı internetə giriş təmin edən netbuklar var. Azerfon biznes və fərdi istifadəçilər üçün nəzərdə tutulmuş istənilən məlumatlara və kontentə çevik giriş imkanını, habelə daha çox mobilliyi təmin edən müxtəlif həllər təqdim edir. Azərfon şirkətinin stendində nümayiş olunan müasir mobil telefonlar istifadəçilərə bir sıra kontent və multimedia xidmətlərinə birbaşa giriş imkanı ilə yanaşı 3G texnologiyalarından istifadə etməklə daha böyük nəticələri əldə etməyə imkan verir.