www.nice.az > Xəbərlər > Bu günün hava proqnozu [24.07.2o12]

Bu günün hava proqnozu [24.07.2o12]


24 iyul 2012. Müəllif: GHoSTMaN
Bu günün hava proqnozu [24.07.2o12]

NiCe.aZ Milli.Az-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaqdır.
Temperaturun gecə 23-27, gündüz 33-38 dərəcə isti, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil və Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir.

Temperaturun gecə 20-25, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə , gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 19-24 isti, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir.
Temperaturun gecə 11-16 isti, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir.
Temperaturun gecə 18-23, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 21-26, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 16-21, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
İyulun 24-25-də Abşeron yarımadasında zəif külək və bəzi saatlarda havada yaranan durğunluqla yanaşı, güclü isti hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyildir.