www.nice.az > Xəbərlər > Dünya Bu Gün [22.o7.12]
Dünya Bu Gün [22.o7.12]22 iyul 2012. Müəllif: GHoSTMaN |
![]() 22 iyul. İlin sonuna 163 gün qalır. 1790. Fransada kilsə əmlakı milliləşdirilib 1822. Çex bioloq, genetika elminin banisi Qreqor Mendel anadan olub 1875. Bakı qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin ilk nömrəsi nəşr edilib. Qəzet nəşri üçün lazım olan şriftləri baş redaktor Həsən bəy Zərdabi öz hesabına İstanbuldan gətirib. Bu tarix milli mətbuatın başlanğıcı hesab edilir 1887. Alman fizik Qustav Hers anadan olub 1928. Azərbaycan SSR MİK və XKS məcburi qaydada yeni – latın qrafikalı əlifbaya keçilməsinə dair dekret verib 1944. Beynəlxalq Valyuta Fondu təsis edilib 1946. “İrqun†yəhudi hərbi təşkilatının Yerusəlimdə oteli partlatması nəticəsində 91 nəfər həlak olub 1946. Fransız müğənni Mirey Matye anadan olub 1960. Kuba ABŞ-a məxsus şəkər zavodlarını milliləşdirib. Şəkərin SSRİ-yə ixracı başlayıb 1994. Qambiyada dövlət çevrilişi baş verib. Kapitan Yəhya Əbdül Cameh hakimiyyəti ələ keçirib 1999. Dövlətlərarası neft və qaz nəqli sistemlərinin yaradılması üçün təşkilati prinsiplərə dair Çərçivə Sazişi imzalanıb 2003. Səddam Hüseynin oğlu Uday və Husay Mosulda ABŞ bombardmanı nəticəsində həlak olub. Günün aforizmi: “Qəzetin muradı xalqın gözünü açmaqdır†Həsən bəy Zərdabi |