www.nice.az > Xəbərlər > Dünya Bu Gün [2o.o7.12]
Dünya Bu Gün [2o.o7.12]20 iyul 2012. Müəllif: GHoSTMaN |
![]() 20 iyul. İlin sonuna 165 gün qalır. 1810. Kolumbiya müstəqillik elan edib 1882. Rus mühəndis Mojayski ilk təyyarəsini sınaqdan çıxarıb 1917. “BMW†ticarət nişanı qeydə alınıb 1918. Azərbaycan ordusu Şamaxını daşnak-bolşevik qoşunundan bütünlüklə azad edib 1924. Parisdə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) əsası qoyulub 1935. Leninqrad Memarlar İttifaqının qurucusu və ilk sədri Musa Hacıqasımov vəfat edib. Əvvəllər Hacıqasımov Bakıda müxtəlif vəzifələr tutub 1948. Aktyor Ramiz Əzizbəyli anadan olub 1951. İordaniya kralı I Abdallah Yerusəlimdə sui-qəsd nəticəsində həlak olub 1958. Cərrah Mir Əsədulla Mirqasımov vəfat edib 1981. Aktyor Ağahüseyn Cavadov vəfat edib 1993. Litva milli valyutası “lit†dövriyyəyə buraxılıb 2001. Prezident Heydər Əliyev “Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin gücləndirilməsi haqqında†fərman verib 2001. Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası ilə İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası arasında təhlükəsizlik sahəsində Əməkdaşlıq Memorandumu imzalanıb 2005. Azərbaycan və Türkiyə arasında xəritəçilik sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Günün aforizmi: “Təyyarədə uçmayan şəxs dünyanın gözəlliklərindən bixəbərdir†Əliağa Şıxlinski |