www.nice.az > Xəbərlər > Dünya Bu Gün [19.o7.12]
Dünya Bu Gün [19.o7.12]19 iyul 2012. Müəllif: GHoSTMaN |
![]() 19 iyul. İlin sonuna 166 gün qalır. 1814. Amerikan silah konstruktoru Samuel Kolt anadan olub 1866. ABŞ-da metrik sistemin tətbiqi haqqında qanun qəbul edilib 1870. Fransa-Prussiya müharibəsi başlayıb 1893. Rus şair Vladimir Mayakovski anadan olub 1900. Paris metrosunun ilk xətti istismara verilib 1915. Aktyor Ağababa Bünyadzadə anadan olub 1920. ADR Parlamenti sədrinin müavini Həsən bəy Ağayev Tiflisdə Fətəli xan Xoyskini qətlə yetirən erməni muzdlu qatilin gülləsiylə şəhid olub 1938. Müğənni Vaxtanq Kikabidze anadan olub 1979. Sandinist qüvvələri Nikaraquada Amerika meylli Somoza hökumətini devirib 1980. Moskvada 22-ci yay olimpiya oyunları başlayıb. SSRİ-nin Əfqanıstana hücumunu pisləyən bir çox ölkə olimpiadada iştirak etməyib 1985. İtaliyada su anbarının uçması 300 insanın həyatına son qoyub 2002. Azərbaycan və Özbəkistan arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb 2007. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim üzdəniraq “prezident seçkiləri†keçirib 2007. Azərbaycanın sədrliyi ilə Bakıda GÜAM-ın Zirvə Toplantısı keçirilib 2009. Türkiyə hökuməti qapalı yerlərdə siqaret çəkilməsini qadağan edib. Bu qanunu bir çox yerli və xarici təşkilatlar təqdir edib. Günün aforizmi: “İt qaya kölgəsində yatar, elə bilər öz kölgəsidir†Atalar sözü |