www.nice.az > Xəbərlər > Rihanna facebook hesabından hər kəsi Bakıya dəvət etdi

Rihanna facebook hesabından hər kəsi Bakıya dəvət etdi


18 iyul 2012. Müəllif: Lura
Rihanna facebook hesabından hər kəsi Bakıya dəvət etdi

Nadir vokal diaqnozunu, R&B və Pop musiqisini özündə əks etdirən unikal üslubu ilə dunyada tanınan Rihanna Facebook səhifəsindəki statusunu oktyabrn 6-da ''Baku Cyrstal Hall'' səhnəsində gərçəkləşəcək solo konsert proqramına həsr edib.

Müğənninin Bakıda konsertinin təşkilatçısı ''Universal Music Group'' şirkətinin Azərbaycandakı nümayəndəsi ''Omnikomo Music Group'' şirkətinin PR və marketinq direktoru Zaur Darabzadənin verdiyi məlumata görə, Rihanna sosial şəbəkədə hər kəsi Bakıdakı konsertinə dəvət edib. O statusunda konsertin anonsunu verib və Bakıya gələcəyindən bəhs edib.

Dünya şöhrətli müğənni, xüsusuilə, Bakı tamaşaçısı üçün ekskluziv şou nümayiş etdirəcək. Müğənni ilə birgə Amerikadan Bakıya 80 nəfərə yaxın komanda üzvləridə gələcək.