www.nice.az > Xəbərlər > “Kurtlar Vadisiâ€nə baxıb, 5 nəfəri öldürdü
“Kurtlar Vadisiâ€nə baxıb, 5 nəfəri öldürdü13 iyul 2012. Müəllif: Lura |
![]() 31 yaşlı Məhəmməd Əl Əli əl Azab məhkəmədə qətlləri “Kurtlar Vadisi†serialından ilham alaraq törətdiyini etiraf edib. İnsident Dama qubernatorluğunda yerləşən Davran vilayətində Azab və başqa bir şəxs arasındakı mübahisə zamanı baş verib və Azabın 5 nəfəri öldürməsiylə başa çatıb. Ölənlər arasında Azabın mübahisə etdiyi şəxslərdən birinin anası da olub. Azabın güllələri qurtardıqdan sonra o təslim olub. Azab tayfa məhkəməsinə çıxarılıb və burada ölüm cəzasına məhkum edilərək, edam edilib. Qeyd edək ki, türk serialları son zamanlarda Yəməndə bir çox ailə problemlərinin yaranmasına səbəb olub. Xüsusən də romantik səhnələrin çox olduğu seriallar mühafizəkar Yəmən cəmiyyətində problemlər yaradıb və boşanma hallarının artmasına səbəb olub. Yəməndə qadınlar ərlərinin seriallardakı kişi obrazları kimi romantik olmamalarından gileylənir. “Kurtlar Vadisi †serialı isə bundan bir ay əvvəl də Əl Hodeyda şəhərində böyük ailə münaqişəsinə səbəb olmuşdu. 20 yaşlı qadın cins şalvar geyinmədiyinə və filmin baş qəhrəmanı kimi olmadığına görə ərindən boşanmaq istəyib. Qohumların hadisəyə müdaxiləsi nəticəsində qadını fikrindən döndərmək mümkün olub. |