www.nice.az > Xəbərlər > Məktəbdə 150 şagird hamilədir !

Məktəbdə 150 şagird hamilədir !


9 noyabr 2009. Müəllif: krik
Məktəbdə 150 şagird hamilədir !

Hamı baş sındırır, heç kim baş çıxara bilmir
ABŞ-ın Çikaqo şəhərindəki Robeson liseyində oxuyan 800 qız şagirddən 150-nin hamilə olduğu ortaya çıxıb.
verilən məlumata görə, liseydə qorunma bacarıqları tədris edilməsinə baxmayaraq, bu qədər çox sayda qızın nədən hamilə olmasıyla bağlı suala birmənalı cavab tapmaq olmur.
Lisey müdiri körpələrin çoxunun atasının belə bəlli olmadığını söyləyib.
Liseyin şagirdi LaDonna Denson deyib ki, ailələri bu gənclərlə danışmırlar, bəzən də gənc qızlar ictimai imkanlardan yararlanmaq üçün hamilə qalmağa üstünlük verirlər.
Hamilə qızların bir qismi ailələrinin onlara dəstək verdiyini, bəzi qızlar isə belə bir dəstək görmədiklərini dilə gətiriblər.
Lisey müdiri isə bu qızların necə məzun ola biləcəkləri üzərində düşündüklərini qeyd edib.