www.nice.az > Xəbərlər > "Cazibə" niyə təhqir olundu?

"Cazibə" niyə təhqir olundu?


27 iyun 2012. Müəllif: Candy
"Cazibə" niyə təhqir olundu?

Azərbaycanlı izləyicilərin etirazına səbəb olan “Yaxşı Cazibə” serialının son seriyasında baş verənlərin günahkarı kimi təqdim edilən ssenari müəllifi Gani Müjden baş verən hadisələrə aydınlıq gətirib

“Qafqazinfo”nun məlumatına görə, serialın ssenari müəllifi onu ittiham edənlərə belə cavab verib: “ Biz serialın finalını Cazibə və Kamalın körpəsi ilə edəcəkdik, lakin prodüsser son seriyaya gəlməyəcəyini bildirdi və biz də tələsik üzdə olan heyətlə sonuncu bölümü çəkdik. Yenə də xoşbəxt sonluqla bitirdik.

Kamalın Simgeyi seçməsi üçün mütləq filmdə xəyanət lazım idi, bu səbəbdən Cazibəni istəməyərək mənfi qadın obrazında çəkmək məcburiyyətində qaldıq. Cazibəni mən yaratdım, mən də öldürdüm”.

Gani Müjdən Cazibəni dəyişməklə Azərbaycanlıları təhqir edib fikirlərinə də açıqlama gətirib: “Finalda Azəri qadınlarının təhqir olunduğunu deyən dostlar, serialın 92-ci bölümündə yerdən yerə vurduğum Simgə də türk vətəndaşı idi. Yersiz ittiham etməyin”.

Xatırladaq ki, sosial şəbəkələrdə Azərbaycanlılar Gani Müjdəyə və komandasına “Azərbaycanlı qadınlar namuslarına bağlıdırlar. Bəs biz sizin qardaşınız idik? Sizin qardaşlığınız da bu qədərdir, maddiyyatın başladığı yerdə qardaşlıq bitir” kimi etirazlar ediblər.