www.nice.az > Xəbərlər > "Eurovision 2012" müsabiqəsinin qalibi müəyyənləşib [277 Foto]

"Eurovision 2012" müsabiqəsinin qalibi müəyyənləşib [277 Foto]


27 may 2012. Müəllif: GHoSTMaN
"Eurovision 2012" müsabiqəsinin qalibi müəyyənləşib [277 Foto]

Bakıda keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsinin qalibi "Euphoria" mahnısı ilə İsveç təmsilçisi Lorin oldu. Səsvermənin nəticəsinə əsasən, İsveç 372 xal toplayıb.

NiCe.aZ-ın Trend-ə istinadən, səsvermə nəticəsində ikinci yeri 259 xalla Rusiya, üçüncü yeri isə 214 xalla Serbiya tutub.

Azərbaycan isə ilk beşlikdə yer alıb. Ölkəmiz 150 xalla dördüncü yeri tutub. Azərbaycana 12 bal Ukrayna, Malta, Türkiyə və Litva ölkələrindən gəlib.

Lorinin əsl adı Lorine Zineb Noka Talhaouidir. Əslən mərakeşli olan Lorin İsveçin "İdol 2004" müsabiqəsindən populyarlıq qazanıb. İlk mahnısını 2005-ci ildə təqdim edib. Bir müddət televiziyada aparıcı olub. 2011-ci ildə "My Heart is Refusing Me" mahnısı ilə İsveçin milli seçimlərində iştirak edib. Lakin İsveçi Avropanın ən nüfuzlu mahnı müsabiqəsində təmsil etmək arzusu 2012-ci ildə reallaşıb.

İlk onluqda olan ölkələr:

1. İsveç
2. Rusiya
3. Serbiya
4. Azərbaycan
5. Albaniya
6. Estoniya
7. Almaniya
8. Türkiyə
9. İtaliya
10. İspaniya



Finalın Fotolarını burdan əldə edə bilərsiz!