www.nice.az > Xəbərlər > Peqas bürcündə yerləşən planetdə su tapıldı

Peqas bürcündə yerləşən planetdə su tapıldı


15 noyabr 2009. Müəllif: krik
Peqas bürcündə yerləşən planetdə su tapıldı

Peqas bürcündə yerləşən sulu planet Yerdən 150 işıq ili uzaqlıqdadır
Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən planetdə su tapıblar. «Reuters» agentliyinə istinadən bildirilir ki, su buxarlarının izləri Amerika alimləri tərəfindən Peqas bürcünün Yupiterə bənzər HD 209458b planetinin atmosferində aşkar edilib. Bu elmi tapıntının müəlliflərindən birinin dediyinə görə, yenilik bu tipli çox planetdə suyun olması ilə bağlı ehtimalları təsdiq edib. HD 209458b planeti Yerdən 150 işıq ili uzaqlıqdadır. Onun öz «günəşÂ»i ətrafında fırlanma dövrü çox kiçikdir - cəmi 3,5 Yer sutkasına bərabərdir. Buna görə də alimlər onu çox asanlıqla müşahidə edə biliblər.
Başqa planetlərdə suyun olub-olmaması məsələsi alimləri həmişə xüsusi olaraq narahat edib, çünki onun olması orqanik həyatın yaranmasının ilk şərtlərindən biridir. Xatırladaq ki, Marsda uzun sürən su axtarışları hələ ki, dəqiq bir nəticə əldə etməyə imkan verməyib.