www.nice.az > Xəbərlər > Kıvanc Tatlıtuğ evlənir

Kıvanc Tatlıtuğ evlənir


17 aprel 2012. Müəllif: Mery
Kıvanc Tatlıtuğ evlənir

10 illik sevgi rəsmiləşir

Məşhur türk seriallarının qəhrəmanı Kıvanc Tatlıtuğ evlənmək qərarı alıb. O, 2002-ci ildən birlikdən olduğu, üç dəfə ayrılıb yenidən barışdığı model Azra Akınla evlənəcək.
Cütlük iki ay küsülü qaldıqdan sonra yenidən barışıb və nəhayət ki, münasibətlərini rəsmiləşdirmək qərarı alıb. Birgə getdikləri Amsterdam səfərindən dünən axşam dönən Kıvanc və Azra gecəni Tatlıtuğ ailəsinin evində keçiriblər. Kıvanc gecə ailəsinə evlənmək barədə qərarını açıqlayıb. Bu xəbər ən cox Kıvancın anası Nurtən Tatlıtuğu sevindirib.