www.nice.az > Xəbərlər > TQDK “Eurovision” ərəfəsində Bakıda imtahan keçirməyəcək

TQDK “Eurovision” ərəfəsində Bakıda imtahan keçirməyəcək


9 mart 2012. Müəllif: SiMPLe_GiRL
TQDK “Eurovision” ərəfəsində Bakıda imtahan keçirməyəcək

Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) martın 20-də ali məktəb, peşə məktəblərinə keçiriləcək qəbul imtahanlarının qrafikini açıqlayacaq. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, qrafik elə şəkildə tərtib olunacaq ki, qəbul imtahanları “Eurovision”un keçiriləcəyi günlərlə üs-üstə düşməsin.

“Aprel ayından biz ali məktəblərə sınaq imtahanlarının keçirilməsinə başlayacağıq. May ayından isə bu imtahanlar elə günlərə salınacaq ki, bu günlərdə paytaxtımızda “Eurovision”ın yarımfinal və final mərhələsi keçirilməsin”, - deyə Məleykə Abbaszadə bildirib.

Xatırladaq ki, “Eurovision-2012”nin birinci yarımfinalı mayın 22-də, ikinci yarımfinalı mayın 24-də, finalı isə mayın 26-da keçiriləcək
.