www.nice.az > Xəbərlər > Rafet El Roman bu dəqiqələrdə Bakıya gəlir

Rafet El Roman bu dəqiqələrdə Bakıya gəlir


8 mart 2012. Müəllif: GHoSTMaN
Rafet El Roman bu dəqiqələrdə Bakıya gəlir

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə paytaxtımızda yeni fəaliyyətə başlayacaq ticarət mərkəzinin açılışını edəcək tanınmış türk müğənninin konserti pulsuz olacaq. Əldə etdiyimiz məlumata görə, qarlı hava şəraitinin olmasına baxmayaraq, Rafet El Romanın da içində olduğu təyyarə Bakı vaxtı ilə saat 12.30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edəcək.

Axşama doğru səhnəyə çıxacaq sənətçinin növbəti səfəri də məhsuldar olacaq. Proqrama Rafetin media mənsubları ilə görüşü də daxil edilib.

Azərbaycanda konsert verən türk müğənniləri sırasında birinciliyi heç bir həmkarı ilə bölüşməyən El Roman cəmi bir gün qonağımız olduqdan sonra İstanbula geri dönəcək