www.nice.az > Xəbərlər > Dünya Bu Gün [o7.o3.12]

Dünya Bu Gün [o7.o3.12]


7 mart 2012. Müəllif: GHoSTMaN
Dünya Bu Gün [o7.o3.12]

7 mart. İlin sonuna 300 gün qalır.


321. Roma imperatoru Konstantinin əmri ilə həftənin bazar günü istirahət günü kimi elan edilib

1792. Fransız həkim Antuan Lui yeni edam maşınını (qilyotin) Senata təqdim edib

1876. Aleksandr Bell telefona patent alıb

1906. 24 yaşdan yuxarı bütün Finlandiya vətəndaşları səsvermə hüququ əldə edib

1920. Suriya Milli Konqresi ölkənin müstəqilliyini elan edib

1920. Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinin 20 fevral tarixli notasına cavab verib

1926. Aşıq Ələsgər Göycə mahalının Ağkilsə kəndində vəfat edib. Aşığın məzarı 20-ci əsrin sonlarında erməni vandalizminin hədəfinə çevrilib

1957. Amerika senatı “Eyzenhauer doktrinası”nı qəbul edib. Bu konsepsiya Yaxın Şərq ölkələrinin müstəqilliyinin müdafiəsini nəzərdə tuturdu

1966. Fransa prezidenti Şarl de Qoll ölkəsinin NATO-dan çıxdığını açıqlayıb

1974. Federativ və Demokratik Almaniya arasında diplomatik nümayəndəliklərin açılması haqqında razılıq əldə edilib

1989. İran İngiltərə ilə diplomatik əlaqələri kəsib

1994. Azərbaycanla Çin arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

2003. ABŞ, Britaniya və İspaniya Səddam Hüseynə ultimatum göndərib.


Günün aforizmi:

“Ov keçdi bərədən ata bilməzsən,
Uçdu getdi əldən, tuta bilməzsən,
Yerisən yüyürsən çata bilməzsən,
Görürsən ki baxtın yatdı, sən də yat
”

Aşıq Ələsgər