www.nice.az > Xəbərlər > Dünya Bu Gün [o5.o3.12]
Dünya Bu Gün [o5.o3.12]5 mart 2012. Müəllif: GHoSTMaN |
![]() 5 mart. İlin sonuna 302 gün qalır. 1705. Birinci Pyotr əsgər toplamaq haqqında fərman verib. Bu qərarla Rusiyada nizami ordunun əsası qoyulub 1868. İngiltərədə stepler patentləşdirilib 1871. Alman filosof və inqilabçı Roza Lüksemburq anadan olub 1917. Bakı fəhlə, əsgər və zabit deputatları Soveti təşkil edilib 1928. Azərbaycan mərkəzi Kolxoz idarəsi (Azkolxozsentr) təşkil edilib 1940. Sovet mühəndisi Pavel Suxoyun rəhbərliyi ilə aviokonstruktor bürosu (SU) təşkil edilib 1946. İngiltərənin baş naziri Uinston Çörçil ilk dəfə SSRİ ilə əlaqədar olaraq “dəmir pərdə†ifadəsini işlədib 1953. Sovet lideri İosif Stalin vəfat edib 1966. Rus şair Anna Ahmatova vəfat edib 1970. “Nüvə silahını yaymamaq haqqında sazişâ€ qüvvəyə minib 1970. Rəssam Reyhan Topçubaşova vəfat edib 1991. İraq hökuməti Körfəz müharibəsində əsir düşənləri sərbəsti buraxıb 1992. Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası işə başlayıb. Demblokun 26 deputatı prezident Ayaz Mütəllibovun istefasını tələb edib. Binanın qarşısında isə 2 gün əvvəl başlayan izdihamlı mitinq davam edirdi 1994. Heydər Əliyev Çinə səfər edib. Bu, tarixdə Azərbaycan dövlət başçısının Çinə ilk rəsmi səfəri idi. 1998. Tofiq Zülfüqarov Azərbaycan Respublikası xarici işlər naziri təyin edilib 1999. Azərbaycanla ABŞ arasında Diplomatik və Konsulluq Əmlaklarına dair İkitərəfli saziş imzalanıb 2010. Elmira Süleymanova yenidən ombudsman seçilib. Günün aforizmi: “Tələbə müəlliminə bir nümunə kimi deyil, bir rəqib kimi baxmalıdır ki, onu ötüb keçə bilsin†Belinski, rus tənqidçi |