www.nice.az > Xəbərlər > Dünya Bu Gün [o6.o3.12]
Dünya Bu Gün [o6.o3.12]6 mart 2012. Müəllif: GHoSTMaN |
![]() 6 mart. İlin sonuna 301 gün qalır. 1475. İtalyan rəssam Mikelancelo anadan olub 1868. Dmitri Mendeleyev “Dövri sistemâ€in ilk variantını Rus Kimya Cəmiyyətinə təqdim edib 1899. Alman kimyaçı Feliks Hofman aspirini patentləşdirib 1900. Alman mühəndis, benzin mühərrikin müəllifi Qotlieb Daymler vəfat edib 1902. “Real Madrid†futbol klubu təşkil edilib 1924. İsmət İnönü Türkiyədə ikinci hökuməti qurub 1937. İlk qadın kosmonavt Valentina Tereşkova anadan olub 1953. Stalinin vəfatından sonra SSRİ-yə rəhbərlik Georgi Malenkova həvalə edilib 1955. ADR-in qurucusu Məmməd Əmin Rəsulzadə Ankarada vəfat edib 1957. Qana Respublikası müstəqilliyini elan edib 1960. İsveçrədə qadınlar bələdiyyə seçkilərində iştirak hüququ əldə edib 1964. Boks üzrə dünya çempionu Kassius Kley özünə Məhəmməd Əli adını qəbul edib 1967. Stalinin qızı Svetlana Aliluyeva ABŞ-ın Hindistandakı səfirliyindən sığınacaq istəyib 1992. Ali Sovetin sessiyasında prezident Ayaz Mütəllibov istefa verib. Ölkəyə rəhbərlik Ali Sovetin bir gün əvvəl seçilmiş sədri Yaqub Məmmədova həvalə edilib 2000. Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi†haqqında fərman imzalayıb 2003. Bakıda QDİƏT (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı) regionunda yük daşımalarının asanlaşdırılması haqqında Anlaşma Memorandumu imzalanıb 2008. Rusiya Xarici İşlər Nazirliyi Abxaziya ilə ticarətə dair qadağanı ləğv edib. Günün aforizmi: “Cəmaət istiqlala o qədər munis olmuş, hürriyyət və istiqlal fikri o qədər xalqın canına sinmiş ruhuna işləmişdir ki, indi artıq istiqlal bir firqənin, bir kütlənin arzusu deyil, bütün cəmaət vətəni istiqlalsız və dövləti hürriyyətsiz təsəvvür edəmiyor†Rəsulzadə |