www.nice.az > Xəbərlər > Şok açıqlama: İki qatilin hədəfindəyik
Şok açıqlama: İki qatilin hədəfindəyik29 fevral 2012. Müəllif: GHoSTMaN |
![]() Bu səma cisminin planetimizlə toqquşa biləcəyi də istisna olunmur. Asteroid Yerlə toqquşmasa, bundan sonra çox uzun müddətdə planetimizə yaxınlaşmayacaq. NiCe.aZ Milli.Az-a istinadən bildirir ki, İspaniyanın Qranada vilayətindəki La Saqra (OLS - Observatorio Astronomico de La Sagra) rəsədxanasının alimləri "2012 DA14" adlı asteroidi aşkarlayıblar. İspanların kəşfini az sonra italyan, amerikalı və fransız astronomlar da təsdiqlədilər. Astronomların müşahidələrinin nəticələri göstərib ki, "2012 DA14" asteroidi hərəkət orbitləri Yerin orbiti ilə kəsişən Apollon asteroidlər seriyasına aiddir. Yerə yaxınlaşan asteroid tiplərinin (NEA) 2/3 hissəsi məhz bu tipdədir. İlkin hesablamalara görə, "2012 DA14" asteroidinin ölçüləri 40-95 metr ola bilər. 2013-cü ilin fevralın 13-də asteroid Yerə yox yaxın məsafədə - 26900 kilometrdən keçəcək. Bu isə geostasionar peyklərin orbitindən də aşağıdadır. İspan astronomların dediklərinə görə, bu səma cismi Yerin kvazipeykləri və ya qoşa orbitalı asteroidlərə aiddir. Həmin səma cisimləri Yerin yaxınlığında hərəkət edərək planetə gah yaxınlaşır, gah da uzaqlaşır. Alimlər gələn ilin fevralındakı yaxınlaşmanın necə olacağını indidən dəqiq deməyə çətinlik çəkirlər. 30 müşahidənin nəticələri əsasında aparılmış hesablamalar göstərir ki, "2012 DA14" asteroidi yerə təxminən 26 min kilometrlik məsafəyə yaxınlaşacaq. Eyni zamanda, asteroidin Yerlə toqquşması da istisna olunmur. Səma cisminin ölçüsü böyük olmasa da, onun Yerlə toqquşması Tunqus meteroitinin planetə düşməsinin yaratdığı fəlakətin analoqunu yarada bilər. Diametri 350 metr olan "Apofis" və ya "2004 MN4" asteroidi hazırda bəşəriyyət üçün ən ciddi kosmik təhlükədir. ABŞ Milli Aeronavtika Agentliyinin (NASA) alimlərinin dediklərinə görə, 2029-cu ildə Yerin yaxınlığından keçə biləcək asteroid sonradan orbitini dəyişə bilər. Bu isə "Apofis"in 2036-cı ildə Yerlə toqquşmasını istisna etmir. "DA14" asteroidi isə Yerə yaxınlaşandan sonra uzaqlaşacaq və uzun müddət ərzində planetimizə yaxınlaşmayacaq. Hesablamalara görə, "DA14" asteroidi 2056-cı ildə Yerə 1,1 milyon kilometr, 2089-cu ilin fevralın 16-da isə təqribən 3,5 milyon kilometrə yaxınlaşacaq. Alimlər sözügedən asteroidin yerlə toqquşma təhlükəsinin böyük olmadığını desələr də, belə riskin mövcudluğunu vurğuladılar. |