www.nice.az > Xəbərlər > Dünya Bu Gün [28.o2.12]

Dünya Bu Gün [28.o2.12]


28 fevral 2012. Müəllif: GHoSTMaN
Dünya Bu Gün [28.o2.12]

28 fevral. İlin sonuna 307 gün qalır.


1525. Sonuncu astek imperatoru Kuohtemok ispanlar tərəfindən öldürülüb

1806. Fransız ordusu Barselonanı işğal edib

1825. Böyük Britaniya və Rusiya arasında Alyaskanın sərhədlərini müəyyən edən saziş imzalanıb

1838. Robert Nelson Aşağı Kanadanın (indiki Kvebek əyaləti) müstəqilliyini elan edib

1854. ABŞ-ın Respublikaçılar partiyası yaradılıb

1922. Misir Böyük Britaniyadan ayrılaraq öz müstəqilliyini elan edib

1935. Amerikan kimyaçısı Uolles Karozers neylonu kəşf edib

1940. İlk dəfə basketbol yarışı ABŞ-da televiziya vasitəsilə canlı yayımlanıb

1947. Tayvanda xalq qiyamı yatırılıb. Qiyamçılar böyük itki verib

1952. Osloda VI Qış Olimpiya oyunları sona çatıb

1952. Milli qəhrəman Elman Hüseynov anadan olub

1956. ABŞ-da kompüterlər üçün şəbəkə naqilləri patentləşdirilib

1960. ABŞ-da VII Qış Olimpiya oyunları sona çatıb

1975. Londonda metro qəzası nəticəsində 43 nəfər həlak olub

1986. İsveçin baş naziri Olof Palme Stokholmda sui-qəsd nəticəsində öldürülüb

1990. Rusiya Kinematoqraflar Birliyi yaradılıb

1992. Azərbaycan Respublikası ABŞ və Hindistanla diplomatik əlaqələr qurub

1992. Fevral ayı ərzində ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində 77 azərbaycanlını qətlə yetirib

1993. Ermənilər Şimali Qafqazda Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladıb. Terror aktı nəticəsində əksəriyyəti azərbaycanlı olan 11 nəfər həlak olub, 18 nəfər yaralanıb

1995. Azərbaycan Respublikası və Nepal arasında diplomatik əlaqələr qurulub

1996. Rusiya Avropa Şurasına üzv olub

1996. Şahzadə Diana şahzadə Çarlzla 14 illik evlilikdən sonra boşanmağa razı olduğunu bildirib

1997. İranın şimal-qərbində baş verən güclü zəlzələ nəticəsində min nəfərdən çox insan həlak olub

2002. Hindistanın Əhmədabad kəndində müsəlmanlara aid evlərin atəşə tutulması nəticəsində 55 nəfər həlak olub.


Günün aforizmi:

“Xoşbəxtin Bədbəxtə ağıl dərsi verməsi çox asandır”

Esxil