www.nice.az > Xəbərlər > Dünya Bu Gün [27.o2.12]
Dünya Bu Gün [27.o2.12]27 fevral 2012. Müəllif: GHoSTMaN |
![]() 27 fevral. İlin sonuna 308 gün qalır. 425. İmperatriçə Atenais Ödoksiya Konstantinoplda (indiki İstanbul) ali təhsilin təşkili barədə fərman verib 1617. Rus-İsveç müharibəsi birincinin qələbəsi ilə başa çatıb 1626. Kardinal Rişelye Fransada duelləri qadağan edib 1700. İngilis dənizçisi Villiam Dampier Sakit okeanın cənub-qərbində yerləşən Yeni-Britaniya adasını kəşf edib 1794. Avstriya və Rusiya imperiyaları Aralıq dənizində yerləşən Venesiyanın bölüşdürülməsi haqqında razılığa gəliblər 1800. İtalyan fizik Alessandro Volta elektrik batareyasını icad edib 1844. Dominikan Respublikası müstəqillik əldə edib 1899. Birmada ilk dəmir yolu Rangun-Mandalay açılıb 1900. Bavariya Münhen futbol klubu təşkil edilib 1905. Rus yazıçısı Maksim Qorki Riqaya sürgün edilib 1928. İsrailli siyasətçi Ariel Şaron anadan olub 1932. Amerikan aktrisası Elizabet Teylor anadan olub 1933. Reyxstaq yandırılıb 1936. Tibb sahəsində Nobel mükafatı laureatı rus fizioloq İvan Pavlov vəfat edib 1939. Sovet lideri Leninin həyat yoldaşı Nadejda Krupskaya vəfat edib 1943. ABŞ-ın Montana ştatında bir mədəndə baş verən partlayışda 74 nəfər həlak olub 1945. Ziya Bünyadova "Sovet İttifaqı Qəhrəmanı" adı verilib 1948. Çexslovakiyada kommunist partiyası hakimiyyəti ələ alıb 1952. BMT-nin Nyu-Yorkdakı yeni binasında ilk iclası keçirilib 1988. SSRİ xüsusi xidmət orqanlarının təhriki ilə ermənilər Sumqayıt şəhərində iğtişaş törədib. Bu vəhşilik aktı da Azərbaycan xalqının ayağına yazılıb 1988. İran və İraq arasında “şəhərlərin müharibəsi†yenidən başlayıb 1991. Küveyt şəhəri İraq qoşunlarından azad olunub 1992. ATƏM-in (indiki ATƏT) Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparılıb 1998. Azərbaycan Respublikası İslandiya ilə diplomatik əlaqələr qurub 2003. Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb. 2010. Qaradağda hərbi avtomobilin qəzaya uğraması nəticəsində 1 əsgər həlak olub, 9 nəfər yaralanıb. Günün aforizmi: “Yazıçı həyati toqquşmaların böyük salnaməçisidir†Balzak |