www.nice.az > Xəbərlər > Bakıda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı yürüş keçirildi
Bakıda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı yürüş keçirildi26 fevral 2012. Müəllif: GHoSTMaN |
![]() Trend-in məlumatına görə, Azadlıq Meydanı ərazisindən başlayan yürüşün iştirakçıları "Ana fəryadı" abidəsinin önünə gələrək soyqırım qurbanlarının xatirəsini anıblar. Yürüşdə iştirak edən Trend-in əməkdaşının məlumatına görə, tədbirə Azərbaycan Prezidenti İlham Əliyev və dövlət rəsmiləri, çoxlu sayda ölkə vətəndaşları da qatılıb. Yürüş iştirakçılarının əllərində "Xocalı soyqırımını unutma", "Xocalıya Ədalət" və digər şüarlar vardı. Yürüş keçirilən yol boyu Xocalı soyqırımında qətlə yetirilənlər haqqında məlumatları əks etdirən plakatlar düzülüb. Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. |