www.nice.az > Xəbərlər > "Xoca" ekranlara çıxır
"Xoca" ekranlara çıxır23 fevral 2012. Müəllif: GHoSTMaN |
![]() Fevral ayının 26-da Azərbaycanın bütün kinoteatrlarında Vahid Mustafayevin "Xoca" filminin nümayişi başlayacaq. Bu film - uzun əsrlər boyu bu torpaqlarda yaşayan, əzab əziyyət verilərək öldürülən qadın, uşaq, qoca, silahsız insanlar, ümumiyyətlə Xocalı soyqırmının bütün qurbanlarının xatirəsinə həsr edilmiş özünəməxsus kinoabidədir. Bu film sevgi və xəyanət, qəhrəmanlıq və qorxaqlıq, erməni yaraqlılarının və Rusiya ordusunun 366-cı motoatıcı alayının bizim torpaqlara gətirdiyi dəhşətli söz olan "soyqırımı" haqqındadır. Fevral ayının 26-da, 20 il öncə gecə bu dəhşətli faciə törədildi. Bəllidir ki, bütün ədalətsiz işlər məhz gecələr törədilir. Vahid Mustafayevin yeni filmi müəllifi olduğu, bizim bilməli və xatırlamalı olduğumuz Azərbaycanın yeni tarixinin səhifələrindən biridir. Beləliklə, "Xoca" filmi fevralın 26-da ölkənin bütün ekranlarında olacaq. ![]() QISA MƏZMUNU: İki gənc - Əliəkbər və Günel ərizə verib, Bakıda nigah növbəsinə dayanırlar. Nigah və toy mərasimini 1992-ci il fevral ayının 25-də keçirmək qərara alındıqdan sonra kəşfiyyat zabiti Əliəkbər dərhal xidmət etdiyi Qarabağda - Xocalıya qayıdır. Toy təyin edilən gün bəy libasında Bakıya yollanan Əliəkbər, döyüşçü dostları Yura Çyornıy və Arzu, eləcə də Əliəkbərin ailə üzvləri, Xocalının ermənilər tərəfindən mühasirəyə alındığını görür. Əliəkbər çətin seçim qarşısında qalır, Bakıya toya getsin və ya dostları ilə şəhəri və əhalini müdafiə etsin. Bu sualın cavabını onun ürəyi verir... Ssenari müəllifi: Vahid Naxış Quruluşçu rejissor: Vahid Mustafayev Baş prodüser: Mir Şahin Prodüser: Eyyub Danişvər Bəstəkar: Yaşar Baxış Səs rejissoru: Məsud Behnam ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |