www.nice.az > Xəbərlər > Mustafa Sandal ata oldu
Mustafa Sandal ata oldu23 fevral 2012. Müəllif: GHoSTMaN |
![]() Məşhur Türkiyə müğənnisi Mustafa Sandal ikinci dəfə ata olub. NiCe.aZ-ın "ANS PRESS"ə istinadən verdiyi məlumata görə, körpə ötən gün saat 12.00 radələrində dünyaya gəlib. Müğənninin həyat yoldaşı Emina Sandalın ikinci doğuşu Amerika xəstəxanasında qeysəriyyə üsulu ilə reallaşıb. Körpənin çəkisi 3 kq 110 qram, boyu isə 51 sm-dir. Sevincini Facebook sosial şəbəkəsindəki Official Fan Club səhifəsində pərəstişkarları ilə bölüşən Mustafa Sandal yazıb ki, ikinci körpələrinin həyəcanını yaşayırlar: “Allah hamıya bu xoşbəxtliyi nəsib etsin. Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Körpəmiz çox sağlamdır, 3 kq 110 qram və çox şirindir maşAllah. İlk sizin bilməyinizi istədim. Adını da söz verdiyim kimi ilk sizinlə paylaşacağam. Sevgilərlə...†|