www.nice.az > Xəbərlər > Dünya Bu Gün [22.o2.12]

Dünya Bu Gün [22.o2.12]


22 fevral 2012. Müəllif: GHoSTMaN
Dünya Bu Gün [22.o2.12]

22 fevral. İlin sonuna 313 gün qalır.


1512. Florensiyalı dəniz səyyahı Vespuççi Ameriqo vəfat edib

1671. Alman diplomatı və səyyah Adam Oleari vəfat edib. O, səfər qeydlərində Bakıdakı neft quyuları və Dədə Qorqud qəhrəmanlarının qəbirləri ilə bağlı məlumatlar verib

1788. Alman filosof Artur Şopenhauer anadan olub

1819. İspanlar Floridanı ABŞ-a 5 milyon dollara satıb

1848. Parisdə “İyul Monarxiyasına” qarşı çıxışlar başlayıb

1869. Cəlil Məmmədquluzadə anadan olub

1922. Azərbaycanın SSR-in xarici işlər naziri (1944-1958) Mahmud Əliyev anadan olub

1974. Pakistan özünün keçmiş əyaləti olan Banqladeşin müstəqilliyini tanıyıb

1988. Əsgəranda ermənilər 2 azərbaycanlı gənci qətlə yetirib

1998. Azərbaycan Respublikası Prezidenti “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalayıb

2010. Fransa prezidenti Nikola Sarkozi “Azərbaycanın yəhudi qadınları” humanitar ictimai birliyinin prezidenti Larisa Reyxrudeli “Şərəf Legionu” ordeni ilə təltif edib.


Günün aforizmi:

“Sözün doğrusunu danışmaq hünərdir”

Cəlil Məmmədquluzadə