www.nice.az > Xəbərlər > Murat Boz Bakıya gəlir
Murat Boz Bakıya gəlir19 fevral 2012. Müəllif: GHoSTMaN |
![]() Məşhur türk müğənnisi Murat Boz gələn ay Bakıya gələcək. Məlumata görə, müğənninin səfərinin məqsədi konsert proqramı ilə bakılılar qarşısında çıxış etməkdir. Populyar ifaçının konserti 9 martda Dəniz Vağzalının binasında keçiriləcək. O, sevənlərinin qarşısına 90 dəqiqəlik şou proqramla çıxacaq. Xatırladaq ki, Murat Boz ilk dəfə 1998-ci ildə "Milliyet" dərgisinin təşkil etdiyi konsertdə çıxış edib. 1999-cu ildə Murad ali məktəbi caz vokalçısı ixtisası üzrə bitirib. O, təhsilini 2003-cü ildə İstanbul konservatoriyasında davam etdirib. Murat "Aşkı Bulamam Ben" adlı ilk sinqlını 2006-cı ilin yayında çıxarıb. Sinql uğur qazanır və Murad "Maksimum" adlı ikinci sinqlını çıxarır. Türk leyblı "Stardium" ilə müqavilə bağlayıb. 2008-ci ildə Murad "DSM" yeni leyblı altında yeni "Uçurum" sinqlını çıxarıb. İlk sinqldan sonra "Şans" adlı albom buraxır. |