www.nice.az > Xəbərlər > Dünya Bu Gün [18.o2.12]
Dünya Bu Gün [18.o2.12]18 fevral 2012. Müəllif: GHoSTMaN |
![]() 18 fevral. İlin sonuna 317 gün qalır. 1405. Böyük sərkərdə Əmir Teymur vəfat edib 1451. Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxıb 1516. İngilis kraliçası Mariya Tüdor anadan olub 1546. Alman teoloq Martin Lüter vəfat edib 1745. İtalyan fizik Alessandro Volta anadan olub 1855. Rus imperatoru II Aleksandr taxta çıxıb 1895. Qəzəlxan Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov) anadan olub 1913. Reymon Puankare Fransa prezidenti seçilib 1921. Azərbaycan Kommunist Partiyasının III qurultayı başa çatıb 1922. Tiflisdə Zaqafqaziya Kommunist təşkilatlarının I qurultayı başlayıb 1926. Rus şair Vladimir Mayakovski Bakıya gəlib 1926. Yukatan yarımadasında qədim mayyalılara aid 5 şəhərcik aşkar edilib 1937. İstanbulda eşşəklərin hərəkəti qadağan edilib 1952. Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul edilib 1965. Qambiya müstəqilliyini elan edib 1967. ABŞ atom bombasının “atası†Robert Oppenheymer vəfat edib 1979. Böyük Səhraya qar yağması bütün dünyada maraq oyadıb 1990. Ermənilərin Yevlax-Laçın yolunun 105-ci km-də “Şuşa-Bakı†marşrutu ilə hərəkət edən avtobus partlatması nəticəsində çox sayda insan həlak olub 1993. Türkmənistan prezidenti Safarmurad Niyazov (Türkmənbaşı) küçələrə onun adının verilməməsi barədə göstəriş verib. 2004. İranda kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 5 kənd dağılıb və 320 nəfər həlak olub 2008. Türkiyə Kosovonun müstəqilliyini tanıyıb. 2009. “Bakı İslam mədəniyyətinin paytaxtı – 2009†tədbirləri təntənəli mərasimlə açılıb 2009. “day.az†və “today.az†saytları bağlanıb 2010. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan vasitasilə ixracı dayandırılıb 2010. Keçmiş Azərbaycan vətəndaşı Pol Murad Nevada ştatı qubernatorluğuna namizədliyini irəli sürüb 2010. Ermənilərin atəşkəsi pozması nəticəsində 3 Azərbaycan əsgəri həlak olub. Günün aforizmi: “Hər aşiqə öz istədiyi yarı gözəldir, Hər bülbülə öz sevdiyi gülzarı gözəldir†Əliağa Vahid |