www.nice.az > Xəbərlər > Tramvay yenidən Bakı nəqliyyatının bir hissəsinə çevriləcək
Tramvay yenidən Bakı nəqliyyatının bir hissəsinə çevriləcək18 fevral 2012. Müəllif: NiXaTo |
Bakıda tramvay xətti bərpa ediləcək. Nəqliyyat Nazirliyinin mətbuat kaibliyinin müdiri Namiq Həsənovun görə, bu, paytaxtda “Ağ şəhər†layihəsi reallaşdıqdan sonra mümkün olacaq. Belə ki, layihə çərçivəsində bulvar boyu tramvay xətti qurulacaq. Amma tramvayın Bakının əsas yol qovşaqlarını əhatə edəcəyi gözlənilmir. Belə ki, əsas yol qovşaqlarından tramvayın keçməsi mümkünsüzdür. Namiq Həsənov Bakıda tramvayın bərpa edilməsinin həm ekoloji baxımdan, həm də ekzotik görüntü baxımından da maraqlı olacağını bildirib. |