www.nice.az > Xəbərlər > Dünya Bu Gün [16.o2.12]

Dünya Bu Gün [16.o2.12]


16 fevral 2012. Müəllif: GHoSTMaN
Dünya Bu Gün [16.o2.12]

16 fevral. İlin sonuna 319 gün qalır.


1568. İspaniyanın inkvizisiya məhkəməsi Niderlandın bütün əhalisi barədə ölüm hökmü çıxarıb

1959. Fidel Kastro Kubanın baş naziri olub

1918. Birinci Dünya Müharibəsinin gedişində rus qoşunu Ərzurumu işğal edib

1918. Litva müstəqilliyini elan edib

1931. VII Ümumazərbaycan sovetlər qurultayı başa çatıb

1931. Kolxozçuların I Ümumazərbaycan qurultayı işə başlayıb

1947. “Amerikanın səsi” radiosu SSRİ ərazisində yayımlanmağa başlayıb. Keçmiş SSRİ-də bu radio “düşmən səs” kateqoriyasına aid olub, dinlənilməsi hər yolla məhdudlaşdırılırdı

1954. İmam Mustafayev Azərbaycan KP MK-nın birinci katibi seçilib

1970. Türk müğənni Sərdar Ortac anadan olub

1975. SSRİ və İngiltərə nüvə silahının yayılmaması barədə saziş imzalayıb

1992. İqtisadi Əməkdaşlıq Təşkilatının Tehrandakı zirvə görüşündə Azərbaycan quruma üzv olub

1997. Lissabon sammitinin yekunları ilə bağlı 2 ay sürən mübahisələrdən sonra ATƏT-in Minsk qrupunda daimi üçlü həmsədrlik institutunun yaradılması rəsmiləşib, Rusiya, ABŞ və Fransa nümayəndələri həmsədrlik formatında fəaliyyətə başlayıb

2011. Prezident İlham Əliyev “Xəzər dənizində təhlükəsizliyə dair Sazişâ€i ratifikasiya edib

2011. Almaniya XİN ölkə vətəndaşlarına Dağlıq Qarabağa getməmək barədə xəbərdarlıq edib.


Günün aforizmi:

“Əgər bir az da ləngisək, ATƏT-in Minsk qrupu artıq böyük oğlan olacaq, gərək onu evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Ona görə də biz düşünməliyik ki, bu yaşlar nə qədər artacaqdır”

Heydər Əliyev